Bu gün UEFA çempionlar Liqasında ikinci finalçının adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, Madrid "Real"ı yarımfinal mərhələsinin cavab oyununda "Mançester Siti"ni qəbul edib.
"Santyaqo Bernabeu" stadionunda keçirilən matçın baş hakimi italiyalı Daniele Orsato olub.
Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə klubu 4:3 hesablı qələbə qazanmışdı. Bu oyunda da hesabı açan tərəf "şəhərlilər" olub. Amma Madrid təmsilçisi böyük əzmkarlıq göstərərək sonda 3:1 hesablı qələbə sayəsində finala yüksəlib.
"Real" finalda İngiltərənin "Liverpul" komandası ilə üz-üzə gələcək. Həlledici matç mayın 28-də Parisdə keçiriləcək.
UEFA çempionlar Liqası
Yarımfinalın cavab oyunu
4 may
Real (İspaniya) – Mançester Siti (İngiltərə) 3:1
Qol: Rodrqio, 90; 90+2. K.Benzema, 95-pen – R.Mahrez, 73.
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, "Santyaqo Bernabeu" stadionu.
İlk oyun – 3:4.
Real: Tibo Kurtua, Daniel Karvaxal, Eder Militao, Naço, Ferlan Mendi, Toni Kroos, Kazemiro, Luka Modriç, Federiko Valverde, Kərim Benzema, Vinisius Junior.
Mançester Siti: Ederson, Joao Kanselo, Emerik Laport, Ruben Dias, Kayl Uoker, Bernardo Silva, Kevin de Bruyne, Rodri, Fil Foden, Qabriel Jezus, Riyad Mahrez.