Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya "Milan"ında, 2014-cü ildə isə "Real Madrid"də finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə "Liverpul"una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub - 3:2.

Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti UEFA çempionlar Liqasında yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 63 yaşlı mütəxəssis buna qitənin bir nömrəli klub turnirində 5-ci dəfə finala yüksəlməklə nail olub.
 
Madrid təmsilçisi İngiltərənin "Mançester Siti" klubunu yarımfinal mərhələsinin cavab oyununda əlavə vaxtda 3:1 hesabı ilə məğlub edib. "Kral klubu" səfərdə rəqibinə 3:4 hesabı ilə uduzub.
 
Daha əvvəl Aleks Ferqyuson, Marçello Lippi və Yurgen Klopp hərəyə 4 dəfə finalda mübarizə aparıb.
 
Ançelotti 2003, 2005, 2007-ci illərdə İtaliya "Milan"ında, 2014-cü ildə isə "Real Madrid"də finala vəsiqə qazanıb. İtaliyalı baş məşqçi yalnız 2005-ci ildə İngiltərə "Liverpul"una 3:3 hesabı ilə bitən görüşün penaltilər seriyasında uduzub - 3:2.
 
Qeyd edək ki, "Real" çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici oyun mayın 28-də Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest