05 May 2022, 14:00
ÇEMPİONLAR LİQASI
"Mançester Siti" bu görüşdə inamlı qələbə qazanmalı idi. Cek Qriliş iki qol epizodunu qaçırdı. "Şəhərlilər" 2:0 və ya 3:0 öndə ola bilərdilər, amma bu baş vermədi. "Real"ın qol vurana qədər ciddi nəsə etdiyini görmədim"
İngiltərə millisinin sabiq futbolçusu Stiv Makmanaman çempionlar Liqasının yarımfinalının "Real" – "Mançester Siti" cavab oyununu (3:1) şərh edib. Matc.az xəbər verir ki, keçmiş futbolçu "Mançester Siti"nin qol epizodlarını boşa verdiyini bildirib:
"Mançester Siti" bu görüşdə inamlı qələbə qazanmalı idi. Cek Qriliş iki qol epizodunu qaçırdı. "Şəhərlilər" 2:0 və ya 3:0 öndə ola bilərdilər, amma bu baş vermədi. "Real"ın qol vurana qədər ciddi nəsə etdiyini görmədim".
İlk görüş "Mançester Siti"nin 4:3 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə əsasən "Real" turnirin finalına yüksəlib.