24 May 2024, 09:36
FUTBOL
Futbol üzrə İtaliya çempionatında sonuncu tura start verilib. Matc.az xəbər verir ki, A seriyasının 38-ci turunun ilk oyun günündə bir görüş keçirilib.
“Fiorentina” “Kalyari”nin qonağı olub. Gərgin keçən qarşılaşmanın yekununda qələbəni florensiyalılar bayram ediblər. Belə ki, qarşılaşma “Fiorentina”nın 3:2 hesablı səfər qalibiyyəti ilə nəticələnib.
Bu qələbədən sonra xallarının sayını 57-ə çatdıran “Fiorentina”nın mövsümü 8-ci pillədə bitirəcəyi dəqiqləşib. Florensiya klubunun təxirə salınmış bir oyunu qalıb. Bununla belə, həmin görüş komandanın turnir cədvəlindəki mövqeyinə təsir etməyəcək.