“Qəbələ”də növbəti ayrılıqlar baş verib. Matc.az xəbər verir ki, klub Əyyub Allaşdan sonra daha 5 oyunçunu yola salıb.

Belə ki, Premyer Liqanı tərk edən “qırmızı-qaralar”da müdafiəçi Lukas Afriko, yarımmüdafiəçilər Ahmed Ayzaya, Klesio Bauk, Yaovi Akakpo və hücumçu Osama Xalayla ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən 1-ci Liqada çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest