“Rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdu. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var. Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik”. Matc.az xəbər verir ki, bunu futzal üzrə “Araz-Naxçıvan” klubunun baş məşqçisi Vitali Borisov deyib.

Mütəxəssis Çempionlar Liqasının ilkin mərhələsində qarşılaşacaqları rəqiblərlə bağlı fikirlərini bölüşüb:

“Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidi. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinavlar kimi, İsveçdə də futzal inkişafdadı. Nəzər alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar. Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcək. Ona görə işimiz çətin olacaq. Bu gündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdu. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferlərlə bağlı da məlumat paylaşacağıq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” H qrupunda “Uddevalla” (İsveç), “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə qarşılaşacaq. Oyunlar 20-25 avqustda İsveçdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest