04 İyul 2024, 18:41
FUTBOL
Elhad Nəziri “Cəbrayıl” FK-nın baş məşqçisi təyin edilib.
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Elhad Nəziri futbolçu kimi “Lokomotiv” (Bakı), “Milsami” (Moldova), “Petrolul” (Rumıniya), “İnter” (Bakı), “Metralul” (Rumıniya) klublarının formasını geyinib. Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.
Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.
Xatırladaq ki, daha əvvəl “Cəbrayıl”ın baş məşqçisi olmuş Cavid Hüseynov isə yeni mövsümdə “Turan Tovuz”da Kurban Berdıyevin köməkçisi kimi çalışacaq.