05 İyul 2024, 11:54
FUTBOL
“Cenoa”nın qapıçısı Xosep Martines komandasını dəyişir. Matc.az xəbər verir ki, 26 yaşlı qolkiper “İnter”ə keçməyə yaxındı.
İspaniyalı futbolçunun transferi ilə bağlı hərtərəfli razılıq əldə olunub. Martines əvvəlcə Milan klubunda tibbi müayinədən keçəcək. Transfer “İnter”ə 13,5 milyon avroya və 1,5 milyon avro bonuslara başa gələcək.
Qeyd edək ki, Xosep Martines 2022-ci ilin yayından “Cenoa”da çıxış edir. O, “Barselona”nın yetirməsidi.