05 İyul 2024, 12:13
FUTBOL
“Tottenhem”in futbolçusu Tanqi Ndombele Fransaya qayıdıb. Matc.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yenidən Liqa 1-də oynayacaq.
Fransalı orta sahə oyunçusu azad agent kimi “Nitsa”ya keçib. Ndombele yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Tanqi Ndombele ötən mövsümü icarə əsasında “Qalatasaray”da keçirib.