05 İyul 2024, 12:25
FUTBOL
“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb. Matc.az xəbər verir ki, Ağdam klubu Tirolda hazırlıq keçəcək.
Baş məşqçi Qurban Qurbanov yetirmələrini 4 yoxlama görüşündə sınamaq niyyətindədi. Rəqiblərdən ikisi artıq məlumdu. Belə ki, son çempion iyulun 9-da iki matça çıxacaq. Komanda əvvəlcə 14:30-da Almaniyanın “Kayzerslautern”, saat 20:00-da isə Çexiyanın “Viktoria” kollektivi ilə qarşılaşacaq. Digər iki rəqibin kimliyi məlum deyil.
Qeyd edək ki, “Qarabağ” bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.