05 İyul 2024, 13:14
FUTBOL
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda aşağı yaş qrupu üzrə liqalarla bağlı qərarlar verilib.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, toplantıda aşağı yaş qrupu üzrə liqalarla bağlı qərarlar verilib.
Həvəskarlar liqasının 1/8 final mərhələsində “Lokomotiv Baku” ilə qarşılaşan “Ramana” komandasının heyətində Haqverdi Həsənovun transferi zamanı yarışın transfer qaydalarının pozulduğu aşkarlanıb. Buna görə, “Ramana”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Adıçəkilən komanda İntizam Komitəsinin qərarından apellyasiya şikayətini bu barədə bildiriş verildikdən sonra 15 gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verə bilər.