Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” heyətini komplektləşdirməyə çalışır. Matc.az xəbər verir ki, bölgə təmsilçisi növbəti transferini həyata keçirib.
Naxçıvan klubu braziliyalı mərkəz yarımmüdafiəçisi Karlos Jatoba ilə anlaşıb. 29 yaşı sentyabrda tamam olacaq futbolçu 2024/25 mövsümünün sonuna qədər “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. Onun sonuncu klubu Rumıniya təmsilçisi “Politexnika Lasi” olub.
İtaliya pasportuna da sahib olan futbolçu buna qədər vətənində “Firquerense”, “Korintians”, “Londrina”, “Atletiko”, “Brazil Pelotas”, “Santo Andre”, “Sao Bento”, Bolqarıstanın “Dunav”, Portuqaliyanın “Sportinq” komandalarında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Jatobaya qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadəni heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli və Miço Kuzmanoviçlə isə müqavilə yenilənib.