05 İyul 2024, 16:14
FUTBOL
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Fehervar” klubu yoldaşlıq oyununa çıxıb. Matc.az xəbər verir ki, Macarıstan təmsilçisi “Aika” ilə qarşılaşıb.
Görüş “Fehervar”ın qələbəsi ilə nəticələnib. Belə ki, “Sumqayıt”ın rəqibi bu matçda 3:2 hesablı qalibiyyətə sevinib. Oyun qarşılıqlı razılıq əsasında 120 dəqiqə davam edib.
Qeyd edək ki, “Sumqayıt” və “Fehervar” arasında ilk duel iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə ayın 31-də Macarıstanda keçiriləcək.