“Əl-İttihad” “Mançester Siti”nin 33 yaşlı hücumameylli yarımmüdafiəçisi Kevin De Bruyne ilə Səudiyyə Ərəbistanı klubuna keçidi ilə bağlı razılığa gəlib.

Matc.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində jurnalist Rudi Qaletti məlumat paylaşıb.

Bildirilir ki, belçikalı futbolçu transferə razılıq verdikdən sonra məsələ klubların ixtiyarındadır. “Mançester Siti”nin De Bruyne ilə yollarını ayırmağa hazır olduğu vurğulanır.

Xatırladaq ki, yarımmüdafiəçi 2015-ci ildən Mançester klubunda çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 382 matçda iştirak edib, 102 qol vurub, 170 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest