İnfarkt keçirərək komaya düşən Misir millisinin və “Future” klubunun hücumçusu Əhməd Refaat 31 yaşında dünyasını dəyişib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Misir Futbol Assosiasiyasının mətbuat xidməti paylaşıb.

Belə ki, Əhməd Refaat martın 11-də Misir çempionatının “Future” – “Əl-İttihad” (0:0) oyununda səhhətində ciddi pisləşmə hiss edib. Oyunun bitməsinə iki dəqiqə qalmış futbolçu huşunu itirərək qazona yıxılıb. Qarşılaşma dayandırılıb və Refaat xəstəxanaya aparılıb. İfarkt keçirən futbolçu həmin vaxtdan komada idi.

Qeyd edək ki, Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib, o cümlədən Misir millisində 7 oyun keçirib, 46 qol vurub və 40 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest