12 İyul 2024, 21:55
FUTBOL
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, B liqasının I qrupunda yer alan yığmamız son ev görüşündə Macarıstanla üz-üzə gəlib.
Yığmamız beş cavabsız qolla doğma meydanda Macarıstana məğlub olub. Bu nəticə ilə, Azərbaycan millisi 4 xalla qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, yığmamız qrupda son matçını iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, I qrup
V tur, 12 iyul
Azərbaycan - Macarıstan - 0:5
Qollar: Şiki, 21, Kayan, 32, Papai, 53, Sikler, 90+1, 90+4
Baş hakim: Yelena Peykoviç (Xorvatiya)
“Liv Bona Dea Arena”