12 İyul 2024, 12:51
FUTBOL
“Bavariya”nın və Fransa millisinin yarımmüdafiəçisi Kinqsli Koman komandasını dəyişməyə hazırlaşır. Matc.az xəbər verir ki, Almaniya klubu 28 yaşlı hücumameyilli oyunçunu satışa çıxarıb.
“Bavariya” rəhbərliyi Komanın tez-tez zədələnməsindən narazıdı. Yeni baş məşqçi Vensan Kompani qarşıdakı mövsümdə Fransa millisinin üzvünə heyətdə yer olmayacağını bildirib.
Qeyd edək ki, Kinqsli Koman ötən mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 5 qol, 3 assistlə yadda qalıb. Onun münhenlilərlə müqaviləsi 2027-ci ilin yayına kimidi.