Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. Matc.az xəbər verir ki, ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb.

Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib. Həmin komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir.

Kadinyo Braziliyada ESMAC və “Quarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Orada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23 mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest