12 İyul 2024, 16:46
FUTBOL
Qərb təmsilçisi Məmməd Hüseynovla anlaşıb.
Heyətini komplektləşdirməklə məşğul olan “Kəpəz” daha bir futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, Gəncə klubu qapı xəttinə yeni oyunçu cəlb edib.
Qərb təmsilçisi Məmməd Hüseynovla anlaşıb. 25 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, M.Hüseynov son olaraq "Zirə"nin üzvü olub.