12 İyul 2024, 17:11
FUTBOL
Qərarlar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi postunda dəyişiklik edilməyəcək. Matc.az xəbər verir ki, hazırkı çalışdırıcı Vitali Borisovla müqavilənin müddətinin uzadılmasına qərar verilib.
Qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub. Borisovla 1 illik yeni sözləşmənin imzalanması məqsədəuyğun sayılıb.
İcraiyyə Komitəsinin iclasında Azərbaycanın çimərlik futbolu üzrə millisinin yeni baş məşqçisi ilə bağlı da qərar verilib. Komanda Sahib Məmmədova tapşırılıb. Bunadək yığmanı Zeynal Zeynalov çalışdırırdı.