12 İyul 2024, 19:46
FUTBOL
“Mançester Yunayted” futbolçusu Conni Evansla müqaviləsinin vaxtını uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
36 yaşlı mərkəz müdafiəçisi ilə sözləşmə 2025-ci ilin iyun ayının 30-na qədər nəzərdə tutulub.
Xatırladaq ki, Evans “Vest Bromviç” və “Lester”də səkkiz il keçirdikdən sonra ötən yay “Mançester Yunayted”ə qayıdıb və bütün turnirlərdə 30 oyunda iştirak edib, bir məhsuldar ötürmə verib.