“Bolonya”nın hücumçusu Coşua Zirkze “Mançester Yunayted”lə müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.

Niderland millisinin 22 yaşlı forvardı ilə 2029-cu il iyunun 30-dək müqavilə imzalayıb. Transferin məbləği açıqlanmasa da, niderlandlının məbləğinin 40 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, 22 yaşlı forvard “Bolonyada”da 58 oyunda 14 qol vurub və 9 məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest