13 İyul 2024, 00:42
FUTBOL
Yeni mövsümə hazırlıqların ikinci mərhələsini Türkiyənin Ankara şəhərində davam etdirən “Sumqayıt” növbəti yoxlama oyununu keçirib.
Matc.az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu komanda ikinci yoxlama oyununda Türkiyə I Liqası təmsilçisi “Gənclərbirliyi” ilə üz-üzə gəlib. Sumqayıt klubu 35-ci dəqiqədə Cordan Rezabalanın vurduğu yeganə qolla qələbə qazanıb 1:0.
Qeyd edək ki, “Sumqayıt” bundan əvvəl yoxlama görüşündə Rusiyanın Premyer Liqa təmsilçisi “Orenburq”a 1:2 hesabı ilə uduzmuşdu.