İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl Yunayted” klubun ortaq sahibləri Amanda Steyvli və Merdad Qodussinin ayrıldığını elan edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

Evli olan Steyvli və Qodussi 2021-ci ildən 2024-cü ilə qədər sahib olduqları klubdakı paylarını 6 faizə endiriblər. İndi onlar tamamilə Nyukasl strukturundan kənarlaşıblar. 2021-ci ildə Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PIF) klubun səhmlərinin 80%-ni satın aldıqda Amanda Steyvli sövdələşməyə köməklik edib və eyni zamanda klubun səhmlərinin 10%-nin sahibi olub. O, klubun direktoru vəzifəsində çalışıb.

PIF və “RB Sports & Media” klubu daxili və Avropa yarışlarında rəqabət aparmaq üçün uzunmüddətli planın bir hissəsi olaraq “Nyukasl Yunayted”dəki paylarını artıracaqlar. Yeni nizamnamə kapitalı strukturunda PIF klubunun təxminən 85%-nə nəzarət edəcək, “RB Sports & Media” qalan 15% səhmlərə sahib olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest