“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyə I Liqası təmsilçisi “Gənclərbirliyi”nə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Matc.az xəbər verir ki, o, klubun mətbuat xidmətinə hazırlıq prosesi və yoxlama oyunları ilə bağlı fikirlərini bildirib.

“Artıq Qızılcahamamdakı hazırlığımızın demək olar ki, böyük bir hissəsini arxada qoymuşuq. Komanda olaraq əsasən taktiki və texniki məsələlər üzərində işləyirik. Bununla yanaşı fiziki hazırlıqlarımız da davam edir. Bugünkü yoxlama matçında da üzərində işlədiyimiz bir çox taktiki gedişləri sınaqdan keçirdik. Keçən oyundan sonra da qeyd etmişdim ki, bu cür qarşılaşmalarda nəticə önəmli deyil. Əsas olan odur ki, artıq oyunçularım onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar. Amma üzərində işləməli olduğumuz məsələlər var və bunları bilirik, bu yöndə məşqlərə davam edəcəyik”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest