13 İyul 2024, 20:00
FUTBOL
Yeni mövsüm hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün Ərzurumdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la qarşılaşıb.
Oyun “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin heyətində Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias fərqənib.
Qeyd edək ki, “ağ-qaralar” Türkiyədə daha 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Yoxlama görüşü
13 iyul
“Alanyaspor” – “Neftçi” - 1:3
Erzurum, “Yüksek İrtifa” məşq mərkəzinin stadionu