13 İyul 2024, 10:45
FUTBOL
Portuqaliya millisinin futbolçusu Pepe yenidən İspaniya çempionatında oynaya bilər.
Matc.az xəbər verir ki, daha əvvəl “Real”ın formasını geyinmiş 41 yaşlı müdafiəçinin xidmətindən La Liqa təmsilçisi “Selta” maraqlıdır. Viqo klubu oyunçu üçün təklif göndərməyə hazırlaşır.
Son olaraq ölkəsinin “Portu” komandasında çıxış etmiş tanınmış müdafiəçi hazırda azad agent statusundadır.
Pepe daha əvvəl İspaniyada “Real” formasını geyinib.
Xatırladaq ki, Pepe 2019-cu ilin yanvarında azad agent kimi “Beşiktaş”dan “Portu”ya keçmişdi. Ötən mövsüm müdafiəçi bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və iki məhsuldar ötürmə edib. “Transfermarkt” portalında verilən məlumata görə, portuqaliyalının bazar dəyəri 500 min avrodur.