13 İyul 2024, 12:34
FUTBOL
İtaliyanın “İnter” klubu tarixində ilk dəfə iranlı futbolçu transfer edib. Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb.
İtaliyanın “İnter” klubu tarixində ilk dəfə iranlı futbolçu transfer edib.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Milan təmsilçisi Mehdi Taremi ilə 3 illik müqavilə bağlayıb. Taremi İtaliya klubunda illik 3 milyon avro qazanacaq.
31 yaşlı hücumçunun sonuncu klubu, Portuqaliya təmsilçisi “Portu”da 182 matçda 91 qol vurub və 44 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Mehdi Taremi İran millisinin bombardirləri siyahısında üçüncü pillədə qərarlaşıb. O, 2015-ci ildən millidə çıxış edir və 85 oyunda 50 qol vurub.