Birinci Liqanın "SKA-Xabarovsk" klubunun sabiq yarımmüdafiəçisi Kamran Əliyev Rusiya klubuna azad agent kimi qayıdıb.

Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında 2025-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb.

Qeyd edək ki, Əliyevin son klubu 2023-cü ilin fevralından çıxış etdiyi “Sumqayıt” olub. Rusiyada futbolçu həm də “Arsenal Tula” və “Ximki” komandalarında çıxışı ilə tanınır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest