“Torino”nun müdafiəçisi Alessandro Buonjorno karyerasını “Napoli”də davam etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Neapol klubunun mətbuat xidməti paylaşıb.

İtaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Turin klubuna 35 milyon avro ödənilib.

Qeyd edək ki, 25 yaşlı müdafiəçi ötən mövsüm “Torino”da 29 matçda 3 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest