Fransalı mütəxəssis Loran Blan Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun yeni baş məşqçisi təyin olunub.

Matc.az xəbər verir ki, müqavilənin təfərrüatları açıqlanmayıb. Qeyri-rəsmi məlumatlara görə, tərəflər arasında razılaşma “2+1” sxeminə əsasən nəzərdə tutulub.

Blan bu postda argentinalı Marselo Qalyardonu əvəzləyib. Onun rəhbərliyi altında klub ötən mövsümü turnir cədvəlində 5-ci sırada başa vurub.

Qeyd edək ki, Loran Blan “Bordo”, PSJ, Qətərin “Əl Rayyan” və “Lion” klublarında işləməsi ilə tanınır. O, Fransa millisi ilə də işləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest