13 İyul 2024, 19:31
FUTBOL
2024/2025-ci illər mövsümünə hazırlıqlarını davam etdirən “Səbail” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Matc.az xəbər verir ki, Bakı təmsilçisi Superliqa klubu “Hatayspor”la qarşılaşıb və 1:1 hesablı bərabərə qalıb.
Qeyd edək ki, “Səbail”in Ərzurum toplanışı iyulun 18-dək davam edəcək. Komanda daha əvvəl Türkiyə I Liqa təmsilçisi “Ərzurumspor”la qarşılaşıb və 2:3 hesabı ilə uduzub.