13 İyul 2024, 21:05
FUTBOL
“Turan Tovuz” Qəbələdə keçiridiyi yeni mövsümün hazırlığının ilk mərhələsini başa vurub.
Matc.az xəbər verir ki, Tovuz klubu təlim-məşq toplanışının ikinci mərhələsi üçün qardaş Türkiyəyə yollanacaq.
İyulun 13-dən 26-dək Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq “Turan Tovuz” bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq.
Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunlarındakı rəqiblər haqda əlavə məlumat veriləcək.