Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

Matc.az xəbər verir ki, “kimyaçılar” son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu “Sumqayıt”da 9 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Sumqayıt” bu günə qədər Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest