İspaniya millsi və “Atletiko” klubunun hücumçusu Alvaro Morata karyerasını “Milan”da etdirəcək.

Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilri ki, transfer AVRO-2024-ün finalından sonra əvvəl baş tutacaq.

31 yaşlı futbolçunun özü artıq Milan klubu ilə 4 illik müqaviləyə razılaşıb və hazırda futbolçu azad agent olmasa da, Madriddən bu transferə heç bir maneə gözlənilmir.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Moratanı növbəti mövsüm üçün heyətində görmək istəmədiyi üçün təzminat çox güman ki, minimal olacaq və ya heç olmayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest