Amerika kubokunda üçüncü yer uğrunda oyun keçirilib.

Matc.az xəbər verir ki, Kanada və Uruqvay üz-üzə gəlib. ABŞ-nin Şarlott şəhərində keçirilən görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Uruqvay 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final oyunu iyulun 15-də keçiriləcək. Həlledici matçda Argentina ilə Kolumbiya qarşılaşacaq.

Kanada - Uruqvay - 2:2 (penaltilər seriyası - 3:4)
Qollar:
 Bentankur, 8 (0:1), Kone, 22 (1:1), Devid, 80 (2:1), Suares, 90+2 (2:2)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest