14 İyul 2024, 11:18
FUTBOL
“Əl-Nəsr” “Mançester Siti”nin qapıçısı Edersonun alınması üçün rəsmi təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Rudi Qaletti məlumat paylaşıb.
Bildirilir ki, Səudiyyə Ərəbistanı təmsilçisi qapıçı üçün təxminən 30 milyon avro təklif ediblər. “Əl Nəsr” yaxın 48 saat ərzində “Mançester Siti”dən təklifə cavab gözləyir.
Xatırladaq ki, Ederson 2017-ci ilin iyulunda “Benfika”dan “Mançester Siti”yə keçmişdi. Transfer məbləği 40 milyon avro olub. “Transfermarkt” ötən mövsüm qapıçını 35 milyon avro dəyərində qiymətləndirir.