“Dnepr-1” klubu avrokuboklardan kənarlaşdırılıb. Matc.az xəbər verir ki, bu barədə UEFA rəsmi saytı vasitəsilə məlumat yayıb.

Nəticədə Ukrayna klubuna Konfrans Liqasının II təsnifat mərhələsində “Puşkaş Akademiya” ilə oyunlarda iki texniki məğlubiyyət veriləcək. Buna səbəb klubun müflisliyin astanasında olmasıdı.

Qeyd edək ki, “Dnepr-1” Ukrayna Premyer Liqasından da kənarlaşdırılıb. Adıçəkilən komanda fəaliyyətini dayandırmağa yaxındı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest