23 İyul 2024, 10:21
FUTBOL
“İnter Mayami”nin kapitanı Lionel Messi MLS-də daha bir oyunu buraxacaq. Matc.az xəbər verir ki, argentinalı hücumçu Ulduzlar Oyununda iştirak edə bilməyəcək.
Buna səbəb 37 yaşlı forvardın Amerika Kubokunun finalında Kolumbiya ilə görüşdə (1:0) zədələnməsidi. Eyni zamanda, “İnter Mayami”nin digər məşhur futbolçusu Luis Suares də MLS Ulduzlar Oyununu buraxacaq.
Qeyd edək ki, MLS Ulduzlar Oyunu iyulun 25-də Kolumbusda (ABŞ) keçiriləcək. Matçda MLS ulduzlarından ibarət komanda və Meksika Liqasının ən yaxşı oyunçularından ibarət heyət üz-üzə gələcək.