23 İyul 2024, 11:32
FUTBOL
Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt” – “Fehervar” görüşünün bilet satışı davam edir. Matc.az xəbər verir ki, oyun üçün bu saata qədər 4600 bilet satılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, azarkeşlər iTicket.az və 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı, dünəndən etibarən qarşılaşmanın keçiriləcəyi Mehdi Hüseynzadə adına şəhər stadionunun kassasından bilet ala bilər.
Qeyd edək ki, iyulun 25-də keçiriləcək “Sumqayıt” – “Fehervar” görüşü saat 20:00-da başlayacaq.