23 İyul 2024, 11:47
FUTBOL
PSJ-nin müdafiəçisi Yoram Zaqe malyariya xəstəliyinə tutulub. Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tibbi müayinənin ardından 18 yaşlı sağ cinah oyunçusunda malyariya xəstəliyi aşkarlanıb. Fransanın U-18 millisinin üzvü bu səbəbdən mövsümöncəsi təlim-məşq toplanışından kənarlaşdırılıb. Zaqe ən yaxşı halda 10 gündən sonra kollektivə qoşula bilər.
Qeyd edək ki, Yoram Zaqenin PSJ ilə müqaviləsi 2027-ci ilin yayına qədərdi.