23 İyul 2024, 12:34
FUTBOL
“Bavariya” ilə müdafiəçi Alfonso Devis arasında problem getdikcə böyüyür. Matc.az xəbər verir ki, Kanada millisinin üzvünün yeni müqaviləyə yaxın durmaması Almaniya klubunun rəhbərliyini qəzəbləndirir.
Bundesliqa çempionunun idarə heyətinin üzvü Uli Höness sol cinah oyunçusuna ultimatum göndərib: “Biz ona açıq şəkildə bildirdik ki, müqaviləni yeniləməsə, sözləşmənin ləğvinə icazə verəcəyik. Ancaq bizdən pul almayacaq”.
Qeyd edək ki, Alfonso Devisin “Bavariya” ilə müqavilə müddəti gələn ilin yayına qədərdi. Onun xidmətində “Real” ciddi maraqlanır.