Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaoli Fransa yığmasının hücumçusu Usman Dembele haqqında söylədiyi sözlərə görə üzr istəyib. Matc.az xəbər verir ki, 64 yaşlı mütəxəssis daha əvvəl PSJ-nin üzvü barədə “autist kimi oynayır” demişdi.

“Autizmdən bəhs etmək heç vaxt məqsədim olmayıb. Hamıdan üzr istəyirəm. Fərdilikdən danışmaq istədim. İndi ifadələrinizdə hər zamankından daha çox diqqətli olmalısınız”, - deyə Sampaoli sosial şəbəkə vasitəsilə paylaşımında bildirib.

Qeyd edək ki, Xorxe Sampaoli son olaraq ötən il “Flamenqo”nu çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest