23 İyul 2024, 15:21
FUTBOL
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" heyətinə yeni futbolçu qatıb. Matc.az xəbər verir ki, Macarıstan klubu "Puşkaş Akademiya"nın üzvü Gerqo Omingeri sıralarına cəlb edib.
Macarıstanın U-21 millisinin üzvü “Fehervar”da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt"ın "Fehervar"la ilk oyunu iyulun 25-də evdə, cavab matçı isə 31-də Macarıstanda keçirəcək.