23 İyul 2024, 16:27
FUTBOL
"Bordo" Fransanın 3-cü divizionuna göndərilib. Matc.az xəbər verir ki, buna klubun 2024/2025 mövsümü üçün maliyyə təminatı verə bilməməsi səbəb olub.
Nəticədə federasiya bu cür addım atmağı lazım bilib.
Qeyd edək ki, 6 qat ölkə çempionu olan “Bordo” ötən mövsüm Fransanın II liqasında mübarizə aparmış və 12-ci yeri tutmuşdu.