“Real”ın futbolçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, “Mançester Yunayted” braziliyalı hücumçu ilə yaxından maraqlanır.

“Mankunianlar” “sambaçı” üçün 230 milyon avro ödəməyə hazırdılar. Vinisiusa ümumi maaşı 200 milyon avro olan 5 illik müqavilə təklif edilib. Lakin Braziliya yığmasının üzvü “Real”dan ayrılmaq fikrindən uzaqdı. O, karyerasını “kral klubu”nda davam etdirməkdə qərarlıdı.

Qeyd edək ki, Vinisius 2018-ci ildən “Real”ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest