"Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu, oyunda da hiss olunurdu. Bəzi epizodlarda futbolçuların çatdırmamasının səbəbi də məhz budu".

“Kəpəz”in baş məşqçisi Adil Şükürov komandasının Küveytin "Əl-Yarmuk" kollektivi ilə keçirdiyi yoxlama oyununu dəyərləndirib. Matc.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Şükürov "sarı-göylər"in 2:1 hesabı ilə qalib gəldiyi matçda yeni futbolçuların özlərini yaxşı tərəfdən göstərdiklərini bildirib: "Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu, oyunda da hiss olunurdu. Bəzi epizodlarda futbolçuların çatdırmamasının səbəbi də məhz budu. Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdı. Bu yöndə məşqlərimiz davam edir”.

Şükürov qeyd edib ki, çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq: “Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest