Yeni mövsümdən I Liqada çıxış edəcək “Cəbrayıl”la qarşılaşan Şamaxı klubu 4:0 hesabı ilə qələbə qazanıb.

“Şamaxı” yay təlim-məşq toplanışını davam etdirir.

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda toplanış zamanı üçüncü yoxlama oyununu keçirib.

Yeni mövsümdən I Liqada çıxış edəcək “Cəbrayıl”la qarşılaşan Şamaxı klubu 4:0 hesabı ilə qələbə qazanıb.

Şamaxı şəhər stadionunda baş tutan görüşdə Conatan Benteke dublla yadda qalıb, Elşad Tağıyev və Adil Nağıyev hərəyə bir dəfə fərqlənib.

Qeyd edək ki, “Şamaxı” bundan əvvəlki yoxlama oyunlarında “Kəpəz”ə 2:1, “Pelikan”a isə 5:0 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest