Çempionlar Liqası və Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, “Qarabağ”ın dünənki qələbəsindən sonra Azərbaycanın da aktivinə növbəti xallar yazılıb.

Ağdam klubunun Çempionlar Liqasının II raundunda səfərdə “Linkoln”u məğlub etməsi (2:0) ölkəmizə 0,250 xal qazandırıb. Bununla cari mövsüm toplanan xal sayı 0,500 olub. Son 5 mövsümdəki nəticələrə görə aktivində 17,250 xal olan Azərbaycan reytinqdə 25-ci pillədədi. Bizdən 1 pillə öndə olan Slovakiyadan 0,125 xal geri qalırıq.

Qeyd edək ki, UEFA reytinqinə 89,160 xalla İngiltərə rəhbərlik edir. İtaliya (79,106) ikinci, İspaniya (73,989) üçüncüdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest