24 İyul 2024, 12:58
FUTBOL
"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan karyerasını ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, onun Kataloniya klubunu tərk edəcəyi haqda xəbərlər yayılsa da, 33 yaşlı futbolçu fərqli fikirdədi.
Qətərin "Əl-Sədd" klubundan 3 illik müqavilə təklifi alan İlkay bu yay “Barsa”dan ayrılmaq fikrində olmadığını bildirib. O, müqaviləsinin sonunadək Kataloniya klubunda qalmaq və yeni baş məşqçi Hans Flikin rəhbərliyi altında oynamaq istədiyini qeyd edib.
Qeyd edək ki, Gündoğan "Barselona"ya ötən il “Mançester Siti”dən keçib.